"Avqust ayının 21-i Məhərrəmlik ayı daxil olur və avqustun 30-u Aşura gününə təsadüf edəcək. Qismət elə gətirdi ki, Məhərrəmlik ayı bu il pandemiya dövrünə təsadüf etdi. Koronovirus bütün dünyanı bürüyən bir bəladır və bütün dünya bununla mübarizə aparır. Bu mənada dünya insanı üçün bir çox ölkələrdə qərargahlar, müxtəlif komissiyalar təşkil olunub ki, bu virusla mübarizə üçün insanların sağlamlığının qorunması üçün əllərindən gələni əsirgəməsinlər. Azərbaycanda da həmçinin Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Həmin Qərargahın da özünün tövsiyyələri və tapşırıqları vardır. Həmin qərarlardan biri də insanların kütləvi şəkildə bir yerə toplaşmamasıdır və müxtəlif mərasimlərin keçirilməməsidir".
Yenisabah.az xəbər verir ki, bunu SİA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev deyib.
QMİ-nin sədr müavinin sözlərinə görə, bu gün kütləvi yığılan yerlər – toy, yas mərasimləridir. İnsanlar məscidlərə axışırlar və orada kütləvi ibadətləri ilə məşğul olurlar: "Operativ Qərargahın qərarlarından biri də insanların məscidlərə yığılmaması ilə bağlıdır. Artıq neçə müddətdir ki, məscidlərimizdə gündəlik namazlar, Cümə namazları, bayram namazları təxirdədir. Təxirdə olduğu üçün də hələ avqust ayının 31-nə kimi karantin müddəti davam edir. Düşünürük ki, nə qədərki karantin rejimi davam edir və xəstəliyin yayılma təhlükəsi var Qafqaz Müsəlmanları İdarəsi də insanlarımıza müraciət edir ki, hələki məscidlərdə namazlar müvəqqət təxirdədir. Həmçinin bizim Məhərrəmlik mərasiminin keçirilməsi də kütləvi olduğu üçün bu il təxirdə olacaq. Bu zaman insanlar nə etməlidir və həmin ayinləri necə keçirə bilərlər? Onlar ayinləri öz ailələrində, evlərində rahat şəkildə keçirə bilərlər. Artıq hər bir ev bir səcdagah, ibadətgah hesab oluna bilər. İnşAllah Allah-Təala hər bir evdə etdiyimiz duanı qəbul edər. Bu gün bizlər hər birimiz dövlətimiz, xalqımız, dünyamız üçün dua edək ki, Allah bu bəlanı üzərimizdən, dünyadan götürsün. Ümidvarıq ki, biz gələn il məscidlərimizdə artıq öz ayinlərimizi rahat keçirə biləcəyik. Amma hələki bu müvəqqəti xarakteri daşıyır. Bir az səbr etməli və anlayışlı olmalıyıq. Çünki heç kəs istəməz ki, kimsə ailəsində bu virusa yoluxsun və onu itirsin. Bu baxımdan dinimiz də bizi ehtiyata dəvət edir. Dində sağlamlıq çox önəmlidir. Peyğəmbərimizin buyurduğu kimi bir yerdə bəla, vəba xəstəliyi varsa və siz oradasınızsa oranı tərk etməyin. Biz bir çox insanların bu virusa yoluxaraq dünyalarını itirdiyini görmüşük. Ona görə də biz gərək dövlətimizin qərarlarına ehtiramla yanaşaq. Əgər biz bu məsələdə bir olsaq güclü olarıq. Toyuqlu pizza
Bildiyiniz kimi biz hər il Məhərrəmlik ayında qanvermə aksiyaları keçiririk. Bu qanvermə aksiyaları artıq məscidlərdə olmayacaq. QMİ təşəbbüslə çıxış etdi ki, qanvermə aksiyalarının təşkili üçün yerlərin ayrılmasını Səhiyyə Nazirliyi özü təşkil etsin. Bu qanvermə aksiyaları Mərkəzi Qan Bankında təşkil olunacaq. Könüllü insanlar şəhidlərimizin ruhuna xatir gedib qanvermə aksiyalarında iştirak edə biləcəklər. Yerlər, məkanlar, ünvanlar QMİ-nin veb saytında (www.qafqazislam.com) da yerləşdirilib. Həmçinin Məhərrəmlik ayında insanlarımız ehsanlar verirdilər. Bunun üçün də heç bir məhdudiyyət yoxdur. Ehtiyacı olanlara, yoxsul insanlara ərzaq payı verilə bilər və yaxud evində xörək bişirib paylaya bilər və s. Allah bütün düalarımızı qəbul etsin inşAllah”.
Telegram kanalımız