“Instagram” formatında yenilik: Bu da dəyişdi!

saytların hazırlanması

Evə çatdırılma

“Instagram” formatında yenilik: Bu da dəyişdi!

Rəqəmsal

19 Yanvar 2025 15:39 715


“Instagram” sosial şəbəkəsi öz formatında dəyişiklik edib. Artıq sosial şəbəkənin əsas səhifəsindəki paylaşımlar kvadrat əvəzinə düzbucaqlı olacaq.

Yenisabah.az xəbər verir ki, sosial şəbəkənin rəhbəri Adam Mosseri bu barədə öz hesabında məlumat verib:

“Bilirəm ki, bir çox istifadəçimiz kvadrat şəkilləri çox sevir. Kvadrat formatı “Instagram”ın bir parçası hesab edilirdi. Ancaq hal-hazırda yüklənən fotoların və videoların əksəriyyəti vertikal formada olur. Onları kəsmək, əslində, itkiyə səbəb olur”. Dominos pizza

O, bu dəyişikliklərin istifadəçilər üçün başlanğıcda “bir az çətin” ola biləcəyini etiraf edib, lakin zamanla qəbul ediləcəyini düşünür:

“İnanıram ki, uzun müddət ərzində insanlar fotolarının və videolarının aqressiv şəkildə kəsilmədən, təbii formada görünməsinə görə razı qalacaqlar”.

Qeyd edək ki, “Instagram” 2024-cü ilin avqust ayından etibarən bu yeniliyi sınaqdan keçirməyə başlamışdı.

Aytac Şahin


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!