“Instagram”dan yenilik: Hələlik 7 ölkədə test edilir

saytların hazırlanması

Evə çatdırılma

“Instagram”dan yenilik: Hələlik 7 ölkədə test edilir

Rəqəmsal

18 İyul 2019 11:43 1506


“Instagram”da “like” sayı görünməyəcək.

“Yeni Sabah” xarici mediaya istinadən bildirir ki, şirkət sınaq məqsədilə hələlik 7 ölkədə “like” sayını müvəqqəti gizlətməyə başlayıb.

Bu ölkələr Avstraliya, Braziliya, Kanada, İtaliya, Yaponiya, İrlandiya və Yeni Zelandiyadır. Dominos pizza

Bildirilir ki, şirkət bunu “Instagram” istifadəçiləri üzərindəki psixoloji təzyiqi azaltmaq üçün edir.

Mütəxəssislər sosial şəbəkələrin, xüsusilə də “Instagram”ın gənclər arasında özünəinamın azalması və digər psixoloji natamamlıqlara səbəb olduğunu bildirirlər. İnstagramın Avstraliya və Yeni Zelandiya üzrə rəsmisi Mia Qarlik qeyd edib ki, bundan sonra insanlar paylaşımlara gələn “like”lar əvəzinə, bu paylaşımların nə ifadə etdiyinə fikir verə biləcək.

Bəzi istifadəçilər şirkətin bu yeniliyini bəyənsə də, bir çoxları  “InstagramDELETE” həştəqi ilə öz etirazlarını dilə gətirirlər.

Sabrina

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!