İnsulin almaq üçün aptekə gedən şəxs elə orada vəfat etdi - TƏFƏRRÜAT

saytların hazırlanması

Evə çatdırılma

İnsulin almaq üçün aptekə gedən şəxs elə orada vəfat etdi - TƏFƏRRÜAT

Hadisə

24 Aprel 2025 22:13 596


Aptekə dərman almağa gedən qadın hadisə yerində vəfat edib.

Yenisabah.az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonunda, Qara Qarayev prospektində yerləşən apteklərin birində baş verib.

Məlum olub ki, ürəktutmasından vəfat edən qadın 64 yaşlı Zenfira Məmmədova şəkər və təyziqdən əziyyət çəkirmiş, mütəmadi olaraq müalicə alırmış. pizza hut

Hadisə baş verdikdən dərhal sonra ünvana polis və prokurorluq orqanları gəlib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hadisə ilə bağlı ölüm qeydə alındığından təcili və təxirəsalınmaz tibbi yardım mərkəzinə müraciət qeydə alınmayıb.

Hazırda faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.

Ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!