İnsult keçirən Arif Babayevin səhhəti necədir? - Tələbəsindən   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

İnsult keçirən Arif Babayevin səhhəti necədir? - Tələbəsindən AÇIQLAMA

Mədəniyyət

29 Sentyabr 2020 17:58 4279


Xəbər verdiyimiz kimi, ustad xanəndə, Xalq artisti Arif Babayev insult keçirib. Sənətkar bir neçə gün öncə insult keçirib və təcili tibbi yardımla şəhər xəstəxanalarının birinə yerləşdirilib. 

Yenisabah.az-a müəlliminin vəziyyəti ilə bağlı məlumat verən Xalq artisti Aygün Bayramova həkimlərin müdaxiləsindən sonra onun vəziyyətinin stabilləşdiyini deyib:

“Arif Babayevin vəziyyəti indi stalibdir. Mən özüm hər gün əlaqə saxlayıram. Şükür ki, normaldır, ümid edirəm bundan sonra da yaxşı olar. Cəbhədən gələn son xəbərlərdən sonra İnşallah ki, daha da yaxşı olacaq. Mənə elə gəlir ki, bu xəbərləri eşidib əhval-ruhiyyəsi daha da yüksələcək, çünki  Arif Babayev hər zaman torpaq, vətən sevgisi ilə yaşayıb. Mən arzu edirəm ki, başda A.Babayev olmaqla hamımız o sevinci yaşayaq. İllərdir o yerlərə həsrətik. Necə ola bilər ki, o yerlərin suyunu içəsən, havasını udasan, böyüyəsən sonra da erməni dığası gəlib torpaqlarına sahib çıxa? Layiqli cavablarını alırlar, bundan sonra da alacaqlar”.  Dominos pizza

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!