“İnternet çox sürətlə ailələrə daxil olur”

saytların hazırlanması

Evə çatdırılma

“İnternet çox sürətlə ailələrə daxil olur”

Maraqlı

09 Fevral 2019 02:11 989


“Ən təhlükəli məsələlərdən biri internetin, sosial şəbəkələrin görünmədən, lakin çox sürətlə ailələrə daxil olmasıdır. Biz görürük ki, insanlar öz ailə üzvləri ilə müqayisədə virtual məkanda daha çox vaxt keçirirlər. Bu isə insanları bir-birindən uzaqlaşdırır, valideyn-övlad ünsiyyətində soyuqluq yaradır”.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. Onun sözlərinə görə, bu hal xüsusən böyüməkdə olan gənclərimizə, onların psixikasına mənfi təsir göstərir, asılılıq yaradır: “Ona görə də biz uşaqları onların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorumalıyıq. Bunun üçün biz valideynlər və uşaqlarla görüşlər keçirir, texologiyanın müsbət və mənfi tərəfləri barədə məlumatlar veririk”.

H.Hüseynova bu gün Azərbaycanda 2 milyon 100 mindən çox ailənin olduğunu da qeyd edib. Sezar pizza

Trend


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!