İnternet pulsuz olacaq

saytların hazırlanması

Evə çatdırılma

İnternet pulsuz olacaq

Rəqəmsal

30 Avqust 2024 21:58 3137


“SpaceX” şirkətinin sahibi İlon Mask Starlink peyk internet xidməti çərçivəsində bütün dünyaya pulsuz xidmət göstərəcəklərini açıqlayıb.

Yenisabah.az Konkret.az-a istinadən xəbər verir ki, bu barədə iş adamı “X” səhifəsində yazıb.

Xatırladaq ki, hazırda “SpaceX”in peyk internet xidməti olan Starlink dünyanın 102-dən çox ölkəsini internetlə təmin edir. Lakin bu xidmətin təqdim etdiyi imkanlar bununla məhdudlaşmayacaq. Dominos pizza

Mask “Starlink”in fövqəladə hallar üçün əhəmiyyətli bir addım atdığını deyib.

Onun sözlərinə görə, Starlink interneti sayəsində fövqəladə vəziyyətlə qarşılaşan insanlar telefonlarından istifadə edərək təcili yardım xidmətləri ilə pulsuz əlaqə saxlaya biləcəklər. Lakin bu funksiyadan istifadə etmək üçün hökumətin icazəsi tələb olunur.

Starlink bu mühüm xidməti göstərmək üçün ABŞ-nin aparıcı telekommunikasiya operatorlarından biri olan T-Mobile ilə əməkdaşlıq edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!