İntiharlarla bağlı hökumətə çağırış - “Azərbaycanda sosial problemlər...”

saytların hazırlanması

Evə çatdırılma

İntiharlarla bağlı hökumətə çağırış - “Azərbaycanda sosial problemlər...”

Sosial

17 Aprel 2019 16:48 1242


Son günlər Azərbaycanda intiharlarla bağlı xəbərlər intensivləşib. Cəmiyyəti uçuruma aparan bu cür halların səbəbləri  ilə bağlı fərqli fikirlər səsləndirilir.

Mövzu ilə əlaqəli siyasətçi, Ümid partiyasının sədri İqbal Ağazadə “Yeni Sabah”a danışarkən deyib ki,  ailə institutlarının təşkil olunması və burdakı problemlər birbaşa dövlət tərəfindən həll olunmalıdır:

“Bu gün ailələrin psixoloji durumunun gərgin olmasının əksər səbəbləri sosial vəziyyətin ağırlığı və qarşılıqlı münasibətlər sistemində sosial vəziyyətin oynadığı roldur. İkincisi, məktəblərdə psixoloji durum dəyişdirilməli, bununla bağlı ciddi addımlar atılmalıdır. Ən azı sosial problemlərin fonunda daha ağır yaşayan ailələrin qeydiyyatını aparmaqla yanaşı, onların hamısına yerlərdə nəzarət həyata keçirilməli və problemlərinin həlli istiqamətində səlahiyyətli qurumların gücündən, imkanlarından istifadə edilməlidir.  pizza

Adətən intiharların səbəbləri daha çox psixoloji baxımdan axtarılır, hətta inkişaf etmiş ölkələrdə də intiharların sayı bəzən inkişaf etməmiş ölkələrə nisbətdə çox olur. Amma bu günki Azərbaycan reallığında intiharların böyük əksəriyyətinin səbəbləri ailədə münasibətlər sisteminin düzgün qurulmamasıdır. Haqlara girilməsi, şiddət, zor – bütün bunların böyük əksəriyyətinin səbəbi sosial vəziyyətdən qaynaqlanır. Ölkədə fərqli psixoloji vəziyyətləri axtaramağa hələ ki lüzum yoxdur. Bu gün Azərbaycanda sosial problemlər intiharların törədicisidir. Hesab edirəm ki, bu aspektdən hökumətin üzərinə böyük yük düşür”.

Günay Rəsulqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!