İntim videolar çəkən FHN polkovnikinin cəzası azaldıldı

saytların hazırlanması

Evə çatdırılma

İntim videolar çəkən FHN polkovnikinin cəzası azaldıldı

Kriminal

30 Oktyabr 2024 12:45 929


Xidməti otağında intim videolar çəkib yaymaqda təqsirli bilinən Zaur Mirzəyevin kassasiya şikayətinə baxılıb.

Yenisabah.az xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Ali Məhkəmə bu gün Mirzəyevlə bağlı son qərar çıxarıb.

Məhkəmə FHN polkovnikinə verilmiş şəxsi həyatın toxunulmazlığı ilə bağlı ittihama xitam verib. Qərara əsasən, onun cəzası 3 il 6 aydan 3 il 3 aya endirilib. Dördpendirli pizza

Qərar digər hissələrdə dəyişdirilməyib. Bu qərarla onun 1 il 1 ay çəkilməmiş cəzası qalıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Mirzəyev şəxsi həyatın toxunulmazlığını pozmaqda, pornoqrafik materialları və ya əşyaları qanunsuz yaymaqda və vəzifə saxtakarlığında təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, Z.Mirzəyev videodakı qadınlardan birinə 4 min manat təzminat verməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!