“İphone 17“ BELƏ OLACAQ 

saytların hazırlanması

Evə çatdırılma

“İphone 17“ BELƏ OLACAQ 

Rəqəmsal

26 İyul 2024 14:23 5642


Son günlərdə ortaya çıxmış məlumatlara əsasən "Apple" şirkəti gələn il təqdim ediləcək "iPhone 17" smartfon seriyasında "iPhone 17 Plus" modelini "iPhone 17 Slim" adlı yeni model ilə əvəz edəcək. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, çəşhur analitik Ming-Chi Kuo öz növbəsində "iPhone 17 Slim" barəsində bəzi məlumatları bölüşüb. Beləliklə analitikin sözlərinə əsasən gələn il təqdim ediləcək "iPhone 17 Slim" modeli 2740x1260 piksel keyfiyyətli 6.6 düym ölçülü ekranı əldə edəcək. 

Ekran üzərində isə hal-hazırda aktual olan "iPhone"larda olduğu kimi "Dynamic Island" çıxıntısı yerləşəcək. Analitikin fikrincə "iPhone 17 Slim" smartfonu "Apple A19" prosessoru vasitəsilə çalışacaq və özündə titan materialdan hazırlanmış gövdə ətrafı çərçivəni birləşdirəcək. Bununla yanaşı smartfonun bir ədəd arxa kamera ilə təchiz olunacağı gözlənilir.  Pepperoni pizza

Analitikin sözlərinə əsasən "iPhone 17 Slim"in istehsalat xərclərini azaltmaq istiqamətində onun gövdə ətrafı çərçivəsində "iPhone 15 Pro" və "iPhone 15 Pro Max" ilə müqayisədə daha az miqdarda titan materialdan istifadə ediləcək. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!