“İphone”-lərdəki ciddi problem - Şirkət açıqlama yaydı 

saytların hazırlanması

Evə çatdırılma

“İphone”-lərdəki ciddi problem - Şirkət açıqlama yaydı 

Rəqəmsal

01 May 2024 17:44 3854


Bəzi iPhone-ların zəngli saat xüsusiyyəti işləmir. 

Yenisabah.az xəbər verir ki, bəzi iPhone istifadəçiləri sosial şəbəkələrdəki paylaşımlarında telefon siqnallarının işləmədiyini bildiriblər. Bəziləri hətta cümə günündən bəri eyni vəziyyətlə üzləşdiklərini vurğulayıblar. 

Bununla bağlı Apple-dan açıqlama gəlib. Şirkət problemdən xəbərdar olduğunu və proqram xətasının zəngli saatın işləməməsinə səbəb olduğunu bildirib:  Marqarita pizza

"Problemin aradan qaldırılması üçün işlər davam edir. Yəqin ki, son proqram yeniləməsi ilə düzəldiləcək". 

Qeyd edək ki, zəngli saat məsələsinin nə qədər geniş yayıldığı və geniş miqyasda istifadəçilərə təsir edib-etmədiyi məlum deyil. Yalnız müəyyən hesablarda belə yazılar var. Bu, daha çox insanın təsirlənməməsi ehtimalını gücləndirir. 

Şeyla SƏMİYEVA 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!