Bu ilin yayında növbədənkənar parlament seçkilərinin keçiriliyəcəyi ilə bağlı ehtimallar getdikcə artır. MSK sədri Məzahir Pənahovun parlament seçkilərinin vaxtının önə çəkiləcəyini açıqlamasından sonra iddiaçıların sırası xeyli genişlənib.
Yenisabah.az xəbər verir ki, artıq sabiq baş nazir Pənah Hüseyn, ReAL sədri İlqar Məmmədov, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu, politoloq Elxan Şahinoğlu və digərləri iddialarını açıq şəkildə ortaya qoyublar.
Ümid Partiyasının sədri İqbal Ağazadənin də seçki marafonuna qoşulacağı bildirilir. Amma təcrübəli siyasətçi bizimlə söhbət zamanı bu barədə danışmaq istəməyib. O, bir neçə gün öncə saytımızda yer alan xəbəri əsas gətirərək, açıqlama verməkdən imtina edib. pizza hut
Ümid sədri “Siz bununla bağlı mövqeyinizi bildirmisiniz, mənim danışmağıma ehtiyac yoxdur”, - deyərək qısa münasibət bildirməklə kifayətlənib.
Telegram kanalımız