İqbal Ağazadə ona qarşı dələduzluq edən şəxsi bağışladı

saytların hazırlanması

Evə çatdırılma

İqbal Ağazadə ona qarşı dələduzluq edən şəxsi bağışladı

Siyasət

18 Fevral 2019 17:30 1138


Ümid Partiyasının sədri, keçmiş deputat İqbal Ağazadəyə qarşı da dələduzluq etmiş şəxs hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda ittiham edilən 1975-ci il təvəllüdlü Tağıyev Sərməs Abbas oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Hakim Rahib Aslanovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.

Məhkəmədə məlum olub ki, zərərçəkmiş İ.Ağazadə məhkəməyə gəlməyib. O, məhkəməyə bildirib ki, zərərçəkmişdən şikayəti yoxdur. Sabiq deputat təqsirləndirilən şəxsə kömək edilməsini də xahiş edib. Pepperoni pizza

Məhkəmənin baxış iclası martın 1-nə təyin edilib. Sərməs Tağıyev barəsində Cinayət Məcəlləsin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.b S.Tağıyev iş görmək adı ilə ayrı-ayrı şəxslərə qarşı dələduzluq edib. Zərərçəkmişlərdən biri də İ.Ağazadədir. 

musavat.com


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!