ABŞ-ın Qərbi Virciniya Universitetini təmsil edən bioloqlar müəyyən ediblər ki, meşələrin udduğu karbon qazının miqdarı əvvəllər güman ediləndən xeyli çoxdur. Bu o deməkdir ki, Yer kürəsi atmosferinin nizamlanmasında meşələr daha mühüm rol oynayır.
Yenisabah.az xəbər verir ki, bu məlumatlar PNAS jurnalında dərc edilib.
Bir qrup alimin apardığı araşdırmalar nəticəsində məlum olub ki, son 100 ildə atmosferdə karbon qazının artması nəticəsində ağacların istifadə etdiyin suyun səmərəsi artıb. Fotosintez prosesində udulan karbon qazının ağaclardan buxar şəklində ayrılan suyun miqdarına nisbəti də dəyişib. pizza sifarişi
Alimlər 1901-ci ildən 2015-ci ilə qədər olan dövrdə ağacların yaşını göstərən halqalarda karbon və oksigen izotoplarını təhlil ediblər. Bu məqsədlə dünyanın müxtəlif yerlərində 84 sahədən 35-dən çox ağac növü seçilib. Məlum olub ki, bu müddətdə ağacların demək olar ki, hamısı daha çox karbon qazı udmağa başlayıb, fotosintez prosesi daha səmərəli olub. (Azərtac)
Telegram kanalımız