“Türkiyənin Sabancı Universietinin bakalavr pilləsində təhsil almaq üçün 56 min dollar ( bu Universitetdə xarici tələbələr üçün 1 illik təhsil haqqı 18 min dollardır) məbləğində tam təqaüd qazanan 17 yaşlı azərbaycanlı Yasin Quliyevin uğuru yalnız onun, ailəsinin və mənim də vaxtilə məzun olduğum məktəbin deyil, həmçinin Azərbaycanın adına uğurdur. Verilən açıqlamalardan gədiyim qənaət ondan ibarətdir ki, Yasin ABŞ-ın bir çox universitetlərindən qəbul alsa da, Türkiyənin Sabancı Universitetini seçib, çünki, yalnız bu Universitet onu təhsil haqqı ödəməkdən tam azad edib”.
“Yeni Sabah”ın məlumatına görə, bunu iqtisadçı Qubad İbadoğlu deyib. O, Yasin Quliyevlə bağlı nazirliyə, o cümlədən yerli fondlara müraciət edib:
“Yasin ABŞ-ın Massaçusets Boston, İllinoys, Şimali Florida Universitetlərindən də qəbul alıb. Göründüyün kimi onlar arasında dünyaca məşhur Massaçusets Texniki Universiteti (MİT) vardır, lakin həmin Universitet onu təhsil haqqının 82 faizindən azad edib. Çox istərdim ki, Azərbaycanın talantlı gənci Yasin Quliyev ABŞ-da MİT-də təhsil alsın. Odur ki, burdan Təhsil Nazirliyinə, yerli fondlara və donorlara, iş adamlarına, xeyriyyəçilərə müraciət edirəm, gəlin Yasin Quliyevin bir çox reytinq cədvəllərində dünya üzrə ilk onluqda qərarlaşan MİT-də (The Times Higher Education World University Rankings 2019 görə, dünyanın 1250 seçilmiş Universiteti arasında MİT 4-cü, Sabancı isə 351-400-cü yerdədir) təhsil almasına dəstək olaq. Unutmayaq ki, bu cür istedadlı gənclərin təshilinə edilən töhfə ölkəmizin gələcəyinə qoyulan ən qiymətli sərmayədir. Mən də öz tərəfimdən ABŞ-da Yasinin qarşılayıb, yerləşdirilməyi öhdəmə götürürəm. Yeri gəlmişkən bir zəruri qeyd etmək istərdim. Birincisi, Yasin Quliyevi şəxsən tanımıram, kaş o vaxtında xaricdə təhsil şirkətinə deyil, mənə müraciət edəydi, mən onun ABŞ Universitetlərindən tam təqaüd qazanmasında üçün yardımımı da əsirgəməzdim”. Dominos pizza
Telegram kanalımız