“Hazırda iqtisadiyyatın yeni inkişaf strategiyası hazırlanır, ölkədə aparılan islahatlar beynəlxalq qurumlar tərəfindən dəstəklənir”.
“Yeni Sabah” xəbər verir ki, bunu prezident İlham Əliyev Nazirlər Kabinetinin bu gün keçirilən iclasında deyib. Dövlət başçısı ilin sonuna qədər elektrik enerjisi, qazlaşdırma, içməli su, meliorativ tədbirlər, xarici sərmayələrin cəlbi, məcburi köçkünlər və şəhid ailələrinin yeni mənzillərlə təmin olunması ilə bağlı görüləcək işlərdən danışıb:
“Son 15 ildə ölkədə 2 milyon yeni iş yeri yaradılıb, əhalinin sayı 10 milyona çatıb. Bu da qarşıda yeni vəzifələr qoyur. Bu il də sosial infrastruktur layihələrinin icrası diqqət mərkəzində saxlanılacaq”. Sezar pizza
Ağsu, İsmayıllı və Şamaxı rayonlarında baş verən zəlzələnin fəsadlarının uğurla aradan qaldırıldığını deyən prezident dövlətin hər zaman vətəndaşların yanında olacağını bildirib.
Telegram kanalımız