İradə Gülməmmədova “Cümə” məscidində ağsaqqallar və dindarlarla görüşdü - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

İradə Gülməmmədova “Cümə” məscidində ağsaqqallar və dindarlarla görüşdü - Fotolar

Din

30 Noyabr 2019 14:07 1785


Bu gün Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Xırdalan şəhər “Cümə” məscidinin ərazisində inşa edilməkdə olan Mərasim Evində aparılan inşaat işlərinin gedişi ilə tanış olub.

İcra Hakimiyyətindən "Yeni Sabah"a daxil olan məlumata görə, kompleksin layihəsi əsasında görülən işlərlə bağlı məlumat verilərək bildirilib ki, daxili imkanlar hesabına inşa edilən Mərasim Evi bu istiqamətdə olan çətinliklərin aradan qaldırılmasına kömək olacaq. 

Qeyd edilib ki, 2 mətəbədən ibarət olan Mərasim Evinin birinci mərtəbəsində artıq son tamamlama işləri aparılır. Tikinti işləri ilə tanışlıqdan sonra icra başçısı dindarlar və Xırdalan ağsaqqalları ilə görüşüb. Görüşdə respublikada aparılan islahatlar, yenidənqurma layihələri barəsində danışan İ.Gülməmmədova Abşeron rayonunda həyata keçirilən böyük abadlıq-quruculuq işlərindən söz açıb. Dominos pizza

Cənab Prezident İlham Əliyevin sərəncamı və tapşırıqları ilə Xırdalan şəhərinin su-kanalizasiya sisteminin yeniləndiyini önə çəkən başçı şəhərin avtomobil yollarına asvalt örtüyünün vurulması ilə bağlı cənab Prezidentin sərəncam imzaladığını vurğulayıb. Bütün bu layihələrin Xırdalanın gələcək inkişafına böyük töhvə verdiyini söyləyən İ.Gülməmmədova Abşeron əhalisinin sayının artaraq 500 mini ötdüyünü qeyd edib. Onun sözlərinə görə, əhalinin artımı ilə əlaqədar yaranan təlabatları qarşılamaq üçün lazimi infrastruktur layihələri həyata keçirilir.

Öz növbəsində rayon ağsaqqalları və dindarlar savab əməllərə, milli-dini dəyərlərimizin qorunub saxlanılmasına göstərdiyi qayğıya görə Prezident İlham Əliyevə razılıqlarını bildirdilər, ən xoş arzularını ifadə etdilər. Sakinlər Xırdalanın inkişafı istiqamətində ölkə başçısının verdiyi sərəncam və tapşırıqların böyük əhəmiyyət daşıdığını qeyd edərək rayonun günü-gündən inkişaf etdiyini qeyd ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!