İsrail Qarabağla bağlı Azərbaycana təklif göndərib - Səfir açıqladı

saytların hazırlanması

Evə çatdırılma

İsrail Qarabağla bağlı Azərbaycana təklif göndərib - Səfir açıqladı

Siyasət

16 Fevral 2022 20:06 7015


“Azərbaycan tərəfinin bizi dəvət edəcəyi bütün layihələrə töhfə verməyə hazırıq”.

Yenisabah.az xəbər verir ki, bunu “Report”a eksklüziv müsahibəsində İsrailin Azərbaycandakı səfiri Corc Dek deyib.

Səfir su ehtiyatlarının idarəçiliyi, kənd təsərrüfatı, bərpa olunan enerji mənbələri, səhiyyə, “ağıllı şəhərlər” kimi sahələrdə təcrübələrini bölüşməyə hazır olduqlarını dilə gətirib. pizza

Qarabağda icra edilən bərpa və yenidənqurma layihələrində İsrail şirkətlərinin yaxından iştirak etdiyini bildirən diplomat, həmçinin azad edilmiş ərazilərdə kibbutzların (İsraildə kollektiv icma növü-red) tikintisinə dair də Azərbaycan hökumətinə təkliflər göndərdiklərini deyib.

Səfir, həmçinin Zəngilanda heyvandarlıq, Ağdamda su təchizatı, enerji və başqa bölgələrdə də bərpa olunan enerji ilə bağlı layihələr olduğunu qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Rafael
    İsrail iş adamlarının hamısı Qarabağın bərpası üçün mütləq lazımdır biz bütün Azərbaycan xalqı razıyıq və alqışlayırıq
    4 years ago