İran 28 ölkə ilə viza rejimini ləğv edir 

saytların hazırlanması

Evə çatdırılma

İran 28 ölkə ilə viza rejimini ləğv edir 

Dünya

31 Yanvar 2024 14:45 577


İran İslam Respublikası fevralın 4-dən etibarən Belarus, Qətər, Qırğızıstan, Meksika, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Serbiya, Özbəkistan və Yaponiya da daxil olmaqla, 28 ölkə ilə viza rejimini birtərəfli qaydada ləğv edir. 

Yenisabah.az xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Əlireza Bigdeli İRNA agentliyinə müsahibəsində bildirib. 

Onun sözlərinə görə, İrana turizm məqsədi ilə səfər edən 28 ölkənin vətəndaşları üçün 2024-cü il fevralın 4-dən etibarən viza tələb olunmayacaq. Nazir müavini Hindistanla bağlı vəziyyəti ayrıca qeyd edərək vurğulayıb ki, həmin ölkənin vətəndaşları yalnız hava yolu ilə sərhədi keçdikdə onlardan viza tələb edilməyəcək.  Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!