İran ABŞ ilə danışıqların ikinci raundunda iştirakdan imtina etdi

saytların hazırlanması

Evə çatdırılma

İran ABŞ ilə danışıqların ikinci raundunda iştirakdan imtina etdi

Dünya

19 Aprel 2026 23:22 754


İran ABŞ ilə İslamabadda keçirilməsi planlaşdırılan danışıqların ikinci raundunda iştirakdan imtina edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

Agentlik imtinanın səbəbi kimi Vaşinqtonun şişirdilmiş tələblərini, qeyri-real gözləntilərini, danışıqlar mövqeyinin daim dəyişməsini, ziddiyyətləri və İranın dəniz blokadasının davam etməsini göstərib. pizza

Bu məsələ ilə bağlı İran hökuməti hər hansı bir şərh verməyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bu gün amerikalı nümayəndələrin İranla danışıqların ikinci raundunda iştirak etmək üçün İslamabada yola düşdüklərini bildirib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!