“İran atom bombası yaratmır“ - Hesabat

saytların hazırlanması

Evə çatdırılma

“İran atom bombası yaratmır“ - Hesabat

Dünya

28 Aprel 2022 10:23 729


ABŞ Dövlət Departamenti yeni hesabatında İranın nüvə silahı yaratmaq üçün heç bir addım atmadığını təsdiqləyib.

Yenisabah.az "Fars News"a istinadla xəbər verir ki, bununla belə, yeni hesabatında Dövlət Departamenti "İranda elan olunmamış nüvə fəaliyyətləri və materialları" ilə bağlı narahatlığını bildirib.

“2021-ci ilin hesabat dövründə İran uranın zənginləşdirilməsi üzrə fəaliyyətini genişləndirməyə və uran ehtiyatlarını, o cümlədən qabaqcıl sentrifuqaların quraşdırılmasını davam etdirib”, - deyə “Silahlara Nəzarət və Yayılmama Sazişlərinə Sadiqlik” adlı illik hesabatda qeyd olunub. pizza hut

Dövlət Departamenti İranın bu istiqamətdə hərəkət etmək qərarına gələrsə, bu tədbirlərin nüvə silahı yaratmaq üçün kifayət qədər material istehsalında əsas amil olduğuna dair fikrini təkrarlayıb.

ABŞ qurumu  İranın nüvə silahı yaratmaq üçün heç bir addım atmadığını da etiraf edib:

"İslam Respublikası hazırda nüvə silahı hazırlamaq üçün heç bir əsas fəaliyyətlə məşğul olmur".


 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!