İran-Azərbaycan münasibətləri necə olacaq? - “Hakimiyyətə mühafizəkarlar gələrsə...“

saytların hazırlanması

Evə çatdırılma

İran-Azərbaycan münasibətləri necə olacaq? - “Hakimiyyətə mühafizəkarlar gələrsə...“

Siyasət

14 Mart 2019 14:09 1006


“İranda hakim rejim arasında ciddi parçalanma davam edir. ABŞ sanksiyalarının genişlənməsi, Avropa İttifaqının İranla INSTEX adlanan xüsusi ticarət mexanizmini qurmasına baxmayaraq, bir çox şirkətlər Tehranla iqtisadi əməkdaşlıqdan çəkinir. Qeyd edim ki, 2015-ci il də İranla "Altılıq ölkələri" arasında bağlanmış nüvə sazişi praktiki olaraq fəaliyyətini dayandırıb”.

Bunu politoloq Məhəmməd Əsədullazadə “Yeni Sabah”a açıqlamasında deyib. O bildirib ki, ali dini lider öz namizədini prezident seçkilərində irəli sürə bilər:

“Ötən ilin mayında ABŞ-ın sazişdən çıxması və sanksiyaların tətbiq edilməsi Qərblə İran arasında siyasi münasibətləri gərginləşdirdi. Bu da İran siyasi elitasında  mühafizəkarların hakmiyyətdə olan mötədillərə qarşı sərt çıxışlarına və təzyiqlərinə gətirmiş oldu.  Sezar pizza

Mötədil prezident Həsən Ruhani və onun komandası hazırda ciddi təzyiqlərlə üzləşib. Mühafizəkarlar dini lider Xamneyinin ətrafında birləşərək hakimiyyəti yenidən ələ almağa çalışır. Qeyd edim ki, bu prosesdə SEPAH öz siyasi imkanlarını genişləndirərək, öz namizədini prezident kürsüsünə hazırlayır. 

İranda SEPAH siyasi elitada mövqeyi güclənərək, Ali dini liderin dəstəyi ilə öz namizədini prezident seçkilərində irəli sürə bilər. Növbəti seçkilərdə İran prezidentliyinə namizəd Yaxın Şərq əməliyyatlarını həyata keçirən SEPAH  Qüds Briqadasının komandanı, dini liderin yaxın adamı və ABŞ-la siyasi- hərbi müstəvidə çarpışmağa hazır olan Qasim Süleymanin üzərində dayanılması mümkündür”.

Politoloqun sözlərinə görə, İran daxilində parçalanma gedəcək:

“Qeyd edim ki, Bəşər Əsədin Tehran səfərini reallaşdıran SEPAH artıq hakimiyyətin siyasi qanadına iddianı ortaya qoydu.   General Qasim Süleymani İranın Yaxın Şərqdə hərbi əməliyyatlarını uğurla davam etdirir və əsas söz sahiblərindən biridir. Kifayət qədər nüfuzu, qətiyyətli siyasi iradəsi onun İranın növbəti seçkilərdə prezidentliyə namizədliyini Xamneyi tərəfindən  irəli sürülə bilər. İranda mühafizəkarlar hakmiyyətə gələrsə, Azərbaycanla siyasi münasibətləri korlayacaqlar, problemləri süni surətdə qabardacaqlar.

Bir tərəfdən ABŞ İranın neft ixracına embarqoları sərtləşdirir. Bu da  İranın daxilində islahatçılar arasında parçalanmaya, iqtisadi böhrana, etirazlara yol açacaq.  İranda kimlərin hakmiyyətdə yiyələnməsinə baxmayaraq, xalq İranda dəyişikliklərə gedəcək”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!