İran Azərbaycan təyyarələrinə qadağa qoydu

saytların hazırlanması

Evə çatdırılma

İran Azərbaycan təyyarələrinə qadağa qoydu

Siyasət

05 Oktyabr 2021 15:53 10448


Bu gün İran Azərbaycan tərəfinə rəsmi hərbi kanallar vasitəsilə Naxçıvana daha çox hərbi təchizat funksiyasını yerinə yetirən təyyarələrin uçuşuna qadağa qoyulduğunu çatdırıb.

APA bu barədə hərbi dairələrdən məlumat əldə edib. Mənbə İranın Azərbaycana qarşı növbəti xəyanətinin Ermənistanın diqtəsi ilə həyata keçirildiyini iddia edib.

İran nəqliyyat-tranzit məsələlərində Azərbaycan ərazisindən daha çox istifadə edir. Bu, əsasən, Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində həyata keçirilən daşımalarda özünü göstərir. Dominos pizza

"İranın Azərbaycana növbəti dəfə zərbə vurmaq cəhdi Naxçıvandakı hərbi hissələrin təchizatına bir o qədər də təsir göstərməyəcək. Azərbaycan bu marşrutdan çox az istifadə edir və daha çox digər marşrutlar üzrə daşımalara üstünlük verir" - deyə mənbə bildirib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Rahilə
    Şərhi silməyin.ermənisifət irandan nə umursuz?guya müsəlmandılar,məsciddə donuz saxlayanlarla dostluq edirlər.iran ermənidən əvvəl bizim torpaqları zəbt edib,qorxurlar geri alarıq
    5 years ago