Azərbaycanda təxminən 2 980 İran şirkəti qeydiyyatdan keçib, İranın ölkəyə investisiya qoyuşuşu 5 milyard ABŞ dollarını keçib.
Yenisabah.az report-a istinadla xəbər verir ki, bunu İranın Rumıniyadakı keçmiş səfiri, İranın Azərbaycandakı səfirliyində ekspert kimi çalışan Həmidreza Ərşadi bildirib.
Onun sözlərinə görə, Azərbaycan və İran arasında investisiyaların təşviqi və qorunmasından enerji, nəqliyyat, gömrük əməkdaşlığı, turizm və digər sahələrə qədər əsas istiqamətləri əhatə edən təxminən 30 dövlətlərarası saziş imzalanıb. pizza hut
"Azərbaycan və İran arasında ticarət dövriyyəsi daim artan xətt üzrə inkişaf edir. 2024-cü ildə onun həcmi 647 milyon ABŞ dolları təşkil edib. Bu isə 2023-cü illə müqayisədə 33% çoxdur".
Ərşadinin sözlərinə görə, Bakı və Tehran qarşılarına iddialı bir məqsəd qoyub - növbəti beş il ərzində illik ticarət dövriyyəsini 10 milyard ABŞ dollarına çatdırmaq istəyir:
Telegram kanalımız