“İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian müvafiq posta gələr-gəlməz, ilk tənqid etdiyi ölkə məhz Azərbaycan olub. O, Azərbaycanla bağlı birtərəfli və qərəzli bəyanatlar verirdi”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Zaur Məmmədov deyib.
O, Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovun iranlı vəzifədaşı Hüseyn Əmir-Abdullahian arasında baş tutan telefon danışığına münasibət bildirib. Dominos pizza
“Onun Moskva səfəri hər kəsin yadındadır. Əgər Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovun xəbərdarlığı olmasaydı, İran həmin vaxt Azərbaycanla münasibətlərini daha da gərginləşdirərdi”.
Siyasi şərhçi vurğulayıb ki, son zamanlar Rusiyanın başının Ukraynaya qarışması əsnasında Azərbaycana qarşı təhdidlər ona gətirib çıxardı ki, Cənubi Qafqazda ayrı-ayrı ölkələrin üst-üstə düşməyən maraqları peyda oldu:
“Əslində, 13-14 sentyabr hadisələrindən əvvəl və sonra hadisələri gərginləşdirən İran tərəfi idi. Ola bilsin ki, hansısa məsələlər ictimaiyyətə tam açıqlanmayıb, lakin İranın Azərbaycana qarşı məkrli planlarını cənubi azərbaycanlılar bilsə, ümumiyyətlə, bu ölkənin yaxşı vəziyyətdə olmayan nüfuzu daha da düşəcək”.
Z. Məmmədlinin fikrincə, Bakı ilə münasibətlərin düzəlməsində Tehran maraqlı olmalıdır:
“Telefon danışığı ilə İranın dialoqa cəhd etdiyinə şahidi olmuşuq. Dialoq o zaman mümkün ola bilər ki, sözdə bəyan edilən məsələlərə əməldə də riayət edilsin. Əgər söhbət dostluqdan və mehriban qonşuluqdan gedirsə, bu addımı, ilk növbədə, İran atmalıdır. İran Azərbaycanın daxili işlərinə qarışır, burada agentura qurur, şiə qruplarını maliyyələşdirir. O bundan əl çəkməlidir. Bunu etməyəcəksə, regional siyasətindən əl çəkməyəcəksə, iki ölkə arasındakı münasibətlər bundan sonra daha da gərginləşə bilər və ən pis ehtimallar mümkündür”.
“Azərbaycan tərəfi isə hər zaman İranla münasibətlərində əməkdaşlığa hazırdır. Əgər İran Azərbaycanla münasibətlərini düzəltmək istəyirsə, yalnız burada bərabərhüquqlu münasibətlərdən danışa bilərik”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız