“İran Azərbaycana qarşı bu media orqanları vasitəsilə kampaniya aparır”   - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

“İran Azərbaycana qarşı bu media orqanları vasitəsilə kampaniya aparır” - AÇIQLAMA

Siyasət

27 Avqust 2022 21:58 2045


“İlk növbədə, mən onu qeyd etmək istəyərdim ki, İranın Cənubi Qafqaz siyasəti ilə yanaşı burada xüsusi maraqları var”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyib.

Politoloq İranın Əfqanıstan və İtaliyadakı sabiq səfiri olmuş Əbülfəzl Zöhrəvəndin məlum “Naxçıvan, Qarabağ, ümumilikdə Azərbaycan İran torpaqlarıdır” açıqlamasına münasibət bildirib. Dördpendirli pizza

Mütəxəssisin sözlərinə görə, son 2 ayda İran rəsmilərinin dilindən belə qəribə və heç bir tarixi və gerçəkliyi əks etdirməyən açıqlamların şahidi olmuşuq:

“Bu, yalnız açıqlamalarla da qalmayıb. Vurğulamaq lazımdır ki, biz İran rəsmi strukturlarına yaxın olan media orqanları vasitəsilə də indinin özündə Azərbaycana qarşı bir kampaniyanın aparılmasının şahidi olmaqdayıq.

Təbii ki, burada əsas vacib məqam 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycanın Cənubi Qafqaz bölgəsində yaratdığı yeni geosiyasi reallıqlardır. Bu geosiyasi reallıqlarla bəzən bəzi qonşu ölkələr barışmaqda çətinlik çəkirlər”.

Müsahibimiz əlavə edib ki, İkinci Qarabağı müharibəsinin nəticəsi olaraq çox ciddi geosiyasi əməhiyyətə malik olan Zəngəzur dəhlizinin açılması ilə bağlı hazırda ciddi proseslər getməkdədir:

“Məhz bu proses kontektsində məsələni dəyərləndirsək, eyni zamanda da İranın davamlı və mütəmadi olaraq Azərbaycanla bağlı olan münasibətlərini göz önünə gətisək, əslində bu açıqlamaların nəyə xidmət etdiyini aydınlaşdırmış olarıq. Bu da Cənubi Qafqazda olan yeni geosiyasi mənzərə bu cür narahat bəyanatlar, eləcə də hər zaman obyektiv gerçəkliyi özündə əks etdiməyən açıqlamaların verilməsinə gətirib çıxarır”.

“O ki qaldı o kontentin özü ilə bağlı olan məqamlara, – hansı ki, deyirlər bu ərazilər İrandır və s. – nəzərə almaq lazımdır ki, ümumiyyətlə, bu ərazilərin hamısı uzun illər məhz Azərbaycan hökmdarlarının nəzarətində olan ərazilər olub. Mən burada nəzərdə tuturam Səfəvilər İmperiyasını, Əfşarları, Qacarları və s. Yəni tarixi reallıq kontektsindən baxdıqda belə yenə də biz bu ərazilərin sahibi olmuşuq. Ona görə də bu ərazilərin hansı imperiyaların nəzarəti altında olduğuna baxmaq kifayətdir. Bu imperiyalarla bağlı Azərbaycanın özünü tam bir varis hesab etməsinə haqqı çatır, nəinki İranın”, - deyə müsahibimiz yekunlaşdırıb.

Rafi MÜSLÜMOV


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!