“İran Azərbaycana qarşı düşmənçiliyi bir an belə dayandırmır”   - Politoloq

saytların hazırlanması

Evə çatdırılma

“İran Azərbaycana qarşı düşmənçiliyi bir an belə dayandırmır” - Politoloq

Siyasət

30 Mart 2023 17:54 811


Milli Məclisin deputatı Fazil Mustafanın naməlum şəxs və ya şəxslər tərəfindən silahlı hücuma məruz qalması ölkə gündəminin bir nömrəli mövzusuna çevrilib. İstintaq-əməliyyat tədbirlərinin davam etməsinə rəğmən cəmiyyətdə bu terror aktı ilə bağlı müəyyən mülahizələr mövcuddur. İctimai diqqət yenidən İrana yönəlib. Azərbaycan cəmiyyətinin böyük hissəsi, xüsusilə aktiv sosial şəbəkə iştirakçıları hesab edirlər ki, bu cinayətin arxasında rəsmi Tehran dayanır. 

Qeyd edək ki, bu qənaət təsadüfən formalaşmayıb, Azərbaycanın İrandakı səfirliyinə hücumu üstündən bir aydan çox vaxt keçməsinə baxmayaraq, Tehranın qatili ciddi cəhdlə qorumaq siyasəti bunu düşünməyə əsas verir. Baş verən son hadisələrin fonunda Azərbaycanın xüsusi xidmət orqanlarının ölkəmizdə bölücülük fəaliyyəti ilə məşğul olan İranın agentura şəbəkəsinə qarşı sərt tədbirlər görməsi də bunu sübut edir. 

Siyasi şərhçi Tural İsmayıl Yenisabah.az-a açıqlamasında cəmiyyətdə hakim olan mövqeyi bölüşüb. Sezar pizza

O, qeyd edib ki, İran uzun müddətdir ki, Azərbaycana düşmən münasibəti bəsləyir:

“Əlbəttə ki, uzun illər ərzində İranın adı hallanan bir çox cinayət hadisələri baş verib, amma təəssüflər olsun ki, Azərbaycanın İrana qarşı ən dürüst və səmimi mövqeyinə rəğmən İranın Azərbaycana qarşı düşmənçiliyi bir an belə dayanmayıb. Son aylarda İran tərəfindən edildiyi şübhə doğurmayan hadisələrdə hələ  də izahatın verilməməsi İranın hansı məkrli planlara sahib olduğunu növbəti dəfə göstərmiş olur. Tehranda Azərbaycan səfirliyinə edilmiş terror hadisəsi ilə bağlı İran İslam Respublikası hələ də Azərbaycana doğru-dürüst bir cavab verməyib. Azərbaycanın Xarici İşlər Nazirliyinin notasına rəğmən Almaniyadan İrana gedib və orada  yoxa çıxan Azərbaycan vətəndaşının taleyinə aydınlıq gətirilmir. Eyni zamanda, İrana bağlılığı tam olaraq bilinən troll şəbəkələri tərəfindən daim hörmətli millət vəkilimiz Fazil Mustafanın sosial media seqmentlərində təhdid edilməsi prosesin izinin bura getdiyini söyləməyimizə əsas verir. Bütövlükdə İranın Azərbaycana qarşı düşmənçiliyi və İranpərəst olduğu şübhə doğurmayan feyk profillər vasitəsilə sosial şəbəkələrdə Fazil Mustafa əleyhinə aparılan kampaniyalar, həmçinin daha əvvəl Rafiq Tağı, Ziya Bünyadov kimi ziyalıların ölümündə İranın adının hallanmağı və bu günə qədər İranın sübutedici faktlarla bu məsələni inkar edə bilməməyi cəmiyyətdə haqlı olaraq suallar yaradır. Lakin istənilən halda, biz istintaq prosesinin sonunu gözləməli və istintaqın yekun açıqlamasından sonra məsələni daha dəqiq təhlil etməliyik”. 

Əsmətxanım Rzazadə 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!