İran Azərbaycanda “5-ci kolon” yaratmağa cəhd edir - Rəsmi ittiham

saytların hazırlanması

Evə çatdırılma

İran Azərbaycanda “5-ci kolon” yaratmağa cəhd edir - Rəsmi ittiham

Siyasət

06 Aprel 2023 12:14 755


İran Azərbaycanda “5-ci kolon” yaratmağa cəhd edir. İranın anti-Azərbaycan əməlləri bumeranq kimi onun özünə qayıdacaq. 

Yenisabah.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədri vurğulayıb ki, İran özü bundan çox ciddi ziyan çəkə bilər və ziyan çəkəcək. Sezar pizza

"Həm bizim səfirliyimizə qarşı terror aktı, eyni zamanda millət vəkili Fazil Mustafaya qarşı törədilmiş sui-qəsd, eyni zamanda Azərbaycan hüquq-mühafizə və xüsusi xidmət orqanlarının aşkarladığı qruplar və aparılan ilkin istintaq nəticələri göstərir ki, İran rejimi müxtəlif sahələrdə olan adamları cəlb etməklə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa cəhd edib. Bunun bir hissəsini isə din adı altında həyata keçirib”, - deyə Mübariz Qurbanlı qeyd edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!