İran Baş Qərargahı   Naxçıvana dron hücumu ilə bağlı açıqlama yaydı

saytların hazırlanması

Evə çatdırılma

İran Baş Qərargahı Naxçıvana dron hücumu ilə bağlı açıqlama yaydı

Hadisə

05 Mart 2026 15:57 1585


İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı Azərbaycanın Naxçıvan Muxtar Respublikası istiqamətində dronlar vasitəsilə hücum təşkil edilməsi barədə yayılan məlumatlara münasibət bildirib.

“Yeni Sabah” “Tasnim”ə istinadən xəbər verir ki, Baş Qərargah hadisəni təkzib edib.

Bildirilib ki, Naxçıvana hər hansı PUA hücumu həyata keçirilməyib. Dominos pizza

İran Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında bu iddiaların regionda gərginlik yaratmaq istəyən üçüncü tərəflərin təxribatı olduğu vurğulanıb. Eyni zamanda bildirilib ki, İran qonşu ölkələrin suverenliyinə hörmətlə yanaşır.

İran Naxçıvandakı dron hücumunda məsuliyyəti İsrailin üzərinə atıb. 

İran Baş Qərargahından verilən açıqlamada bildirilib ki, Azərbaycandakı hadisəyə görə İsrail məsuliyyət daşıyır: “Bunu bizi ittiham etmək üçün həyata keçiriblər”.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!