"İran Ermənistanla birgə oyunlar aparır və bunun üçün hər istiqamətdə fürsət tapmaq istəyir".
Bunu Bakupost.az -a açıqlamasında millət vəkili Asim Mollazadə İran və Ermənistanın sərhəddə ordu yığması ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
A. Mollazadə bildirib ki, İranın indiki hərəkətləri dəfələrlə bu ölkənin parlamentində bəyan edilən tezislərdən irəli gəlir: Sezar pizza
"Onlar bəyan ediblər ki, İran Ermənistanla "bir millət, iki dövlət" düsturu ilə yaşayır. Buna görə də İran Ermənistana müxtəlif formalarda dəstək verir. İranın daha da aqressivləşməsinin səbəblərindən biri ölkə daxilində baş verən hadisələrdir. Xalqın artıq bu rejimə dözə bilmir. Aksiyaların səbəbi iqtisadi-sosial vəziyyətin ağır olması ilə yanaşı, İranda insan hüquqlarıın kobud surətdə pozulmasıdır. Bütün bunlar İranın daxilində ciddi iğtişaşlara səbəb olub. Azərbaycana qarşı aqressiv hərəkətlər isə diqqəti daxili problemlərdən müəyyən qədər də olsa, hansısa xarici problemlərə yönəltmək məqsədi daşıyır. Onlar anlamalıdır ki, Azərbaycana qarşı hədə-qorxular əbəsdir. İran təkcə Azərbaycandan deyil, müttəfiqlərimizdən də elə zərbələr ala bilər ki, heç vaxt özünə gəlməz. Azərbaycan öz ərazi bütövlüyünü pozmağa cəhd edənlərə layiqli cavab verməyə qadiridir".
Telegram kanalımız