“İran sülh və əminamanlıq tərəfdarıdırsa sülhü təhdid edən proseslərlə mübarizə məqsədi ilə keçirilən təlimlərdə Ankara və Bakıya dəstək verməli, xoflanmamalıdır.”
Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib:
“İranın XİN sözcüsü Səid Xətibzadə deyir ki, Azərbaycan və Türkiyənin Xəzərdə birgə təlimlərinə dair İran tərəfi olaraq narahatlıqlar hiss edirik. Açığı bu çox təəccüb doğurur, çünki, hər şeydən öncə həm Ankara, həm Bakı müstəqil iradə sahibləridir. İranın hava, quru və su sərhədlərini pozmayana qədər keçirdiyimiz və bölgədə sülhə xidmət edən terror və separatçılıq meyillərinə meydan oxuyan təlimlər əgər terrora və separatizmə dəstək vermirsə, İranı narahat etməməlidir.” Dominos pizza
Deputat qeyd edib ki, İran əgər sülh və əminamanlıq tərəfdarıdırsa sülhü təhdid edən proseslərlə mübarizə məqsədi ilə keçirilən təlimlərdə Ankara və Bakıya dəstək verməli, xoflanmamalıdır:
“Azərbaycan ərazisində separatizmi əməli formada dəstəkləyən Tehran unutmamalıdır ki, Azərbaycan bu günə qədər heç vaxt ərazisindən onsuz da beynəlxlaq təzyiqlərin məngənəsində sıxılan İrana qarşı istifadə edilməsinə yol verməyib. Eyni zamanda Azərbaycanın heç bir dövlətlə əməkdaşlığı İrana qarşı yönəlməyib”
“Biz faktiki olaraq bir çox qonşuları ilə az qala münaqişə vəziyyətində olan İran üçün dünyaya açılan ən təhlükəsiz qapıyıq. Üstəlik, indi XX əsrin 90-ci illəri də deyil, artıq güclər balansı köklü dəyişib, beynəlxlaq münasibətlərin hazırkı inkişaf tendensiyaları fonunda İran getdikcə hərəkət imkanları daralan, Azərbaycan isə nüfuz imkanları artan, əsaslı müttəfiqliklərə malik bir gücdür. Bu mənada Tehran rəsmiləri anlamalıdır ki, 3-5 separatçıya görə Azərbaycan kimi bir qonşu ilə münasibətləri korlanması bu ölkənin milli maraqlarına cavab vermir və İranın özünün onsuz da həssas olan daxili stabilliyini təhdid edir.” – deyə Bəhruz Məhərrəmov əlavə edib.
Rəfi Müslümov
Telegram kanalımız