İran Çin komandasını darmadağın etdi

saytların hazırlanması

Evə çatdırılma

İran Çin komandasını darmadağın etdi

İdman

25 Yanvar 2019 14:45 1048


Əbu-Dabinin (BƏƏ) "Məhəmməd Bin Zayed" stadionunda İran və Çin milli komandaları arasında futbol üzrə Asiya Kubokunun ¼ final oyunu keçirilib.

Görüş İran futbolçularının 3:0 hesablı qələbəsi ilə başa çatıb.

İran yığması bu qələbə sayəsində turnirin yarımfinal mərhələsinə vəsiqə qazanıb. Qonşu ölkə komandası bu mərhələdə Yaponiya millisi ilə qarşılaşacaq. Çin yığması turniri tərk edib. Dominos pizza

İran-Yaponiya oyunu yanvarın 28-də keçiriləcək. Görüş Bakı vaxtı ilə 18:00-da başlanacaq.

Asiya Kuboku. 1/4 final

Çin - İran - 0:3

Qollar: 0:1 - Taremi - 18, 0:2 - Azmun - 31, 0:3 - Ansarifard - 90+1

Report

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!