İran diplomatları Rusiyaya qarşı çıxdılar - Bəyanat yaydılar

saytların hazırlanması

Evə çatdırılma

İran diplomatları Rusiyaya qarşı çıxdılar - Bəyanat yaydılar

Siyasət

17 İyul 2023 13:28 908


İranın bir qrup keçmiş diplomatı və səfiri Rusiyanın BƏƏ-nin İran Körfəzində 3 ada üzərində suverenliyi ilə bağlı tutduğu mövqeyə cavab olaraq bəyanat yayıblar. 

"AzPolitika.info" xəbər verir ki, keçmiş diplomatlar Rusiyanın yeni mövqeyi ilə beynəlxalq arenada İranın milli maraqlarına etinasızlıq etdiyini bildiriblər. 

“Rusiya da Çin kimi öz regional məqsəd və maraqlarını həyata keçirmək üçün İranın ərazi bütövlüyünü kompromisə çevirib. Milli maraqlar və xüsusilə də İranın ərazi bütövlüyü hər hansısa bir ökə və siyasi sistemlə razılaşma mövzusu ola bilməz”,-deyə bəyanatda bildirilib.  Dördpendirli pizza

Qeyd edək ki, bu yaxınlarda Rusiyanın Tehrandakı səfiri Aleksey Dedov da Rusiyanın bu mövqeyi səbəbindən İran Xarici İşlər Nazirliyinə çağırılmışdı. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!