İranın Hərbi Dəniz Qüvvələri İran donanmasının komandanı kontr-admiral Şəhram İraninin çoxməqsədli missiyasını yerinə yetirmək üçün açıq dənizə donanma göndərib.
Yenisabah.az Mehr-ə istuinadla xəbər verir ki, döyüş və təlim donanması, o cümlədən "Buşəhr" və "Tunb" döyüş gəmiləri İranın cənubundakı Bəndər Abbas limanından yola çıxıb.
Donanmanı yola salmaq üçün liman şəhərində olan kontr-admiral Şəhram İrani bildirib ki, İran qoşunları “çətin və çoxşaxəli missiyanı” yerinə yetirmək üçün beynəlxalq sulara və okeanlara doğru gedirlər. pizza
Kontr-admiralın sözlərinə görə, İranın dörd döyüş flotiliyası hazırda beynəlxalq sularda eyni vaxtda missiyalar yerinə yetirir.
Telegram kanalımız