İran dövlət televiziyasında sərsəm iddia: “Azərbaycanı vura bilərik”

saytların hazırlanması

Evə çatdırılma

İran dövlət televiziyasında sərsəm iddia: “Azərbaycanı vura bilərik”

Siyasət

25 İyun 2025 00:57 2120


İsrail-İran müharibəsində rəsmi Bakının aydın mövqeyinə, o cümlədən Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayacağına bir daha təminat verməsinə, eləcə də ABŞ-nin İrana aviazərbəsindən sonra Xarici İşlər Nazirliyinin yaydığı birmənalı bəyanata baxmayaraq, İranda Azərbaycanı hədəfə alan qüvvələr öz çirkin fəaliyyətlərini davam etdirir, müxtəlif uydurma ittihamlarla Bakının guya İrana qarşı hücumlarda İsrailə dəstək verdiyini iddia edirlər.

Sonuncu belə açıq cəhd bir neçə gün əvvəl İran dövlət televiziyasının "Üfüq" kanalının canlı yayımında olub. Beynəlxalq məsələlər üzrə ekspert Mustafa Xoşçeşm İranın ABŞ-yə mümkün cavab addımlarından danışarkən, Tehranın qarşısında ABŞ-nin regiondakı hərbi bazalarına və gəmilərinə zərbələr endirmək, Hörmüz boğazını bağlamaq kimi bir neçə seçim olduğunu bildirib və həmin seçimlərdən birinin də Azərbaycanı vurmaq olduğunu bəyan edib.

Xoşçeşm iddia edib ki, İsrail təyyarələri və pilotsuz uçuş aparatları Təbrizə şimaldan, yəni Azərbaycandan gəlir və bu hal əvvəllər də olub. Toyuqlu pizza

Ekspert deyib: "Azərbaycan İsrailə neft və yanacaq verir ki, onun təyyarələri gedib Qəzzanı və Livanı vursun, sonra da bizim qadınların və uşaqların üstünə gəlsin, İrana bomba töksün. Azərbaycanın neft kəməri yaxınlıqdadır. Bizim qarşımızdakı seçimlərdən biri də budur ki, regiondakı neft və yanacaq infrastrukturunu vuraq".

Göründüyü kimi, dövlət televiziyasının daimi siyasi şərhçisi İran ordusunu Bakı-Tbilisi-Ceyhan neft kəmərinə zərbə endirməyə çağırıb.

Ətraflı "Azad İran"nın "YouTube" kanalındakı süjetində:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!