İran etirazlara görə ABŞ-ı ittiham edir

saytların hazırlanması

Evə çatdırılma

İran etirazlara görə ABŞ-ı ittiham edir

Siyasət

25 Sentyabr 2022 19:53 1043


ABŞ-ın iğtişaşçılara dəstəyi Vaşinqtonun İrana qarşı diplomatik mövqeyinə ziddir. 

Modern.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian bildirib.

O qeyd edib ki, dinc etiraz hər bir xalqın hüququdur. Pepperoni pizza

"Lakin ABŞ-ın İranın işlərinə qarışması və iğtişaşçılara ölkədə sabitliyi pozma layihəsini həyata keçirməkdə dəstək verməsi Vaşinqtonun siyasəti ilə ziddiyyət təşkil edir", - nazir deyib.

Qeyd edək ki, sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada ölməsi İranda genişmiqyaslı etirazlara səbəb olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!