İran Futbol Federasiyasından FIFA-ya müraciət: ABŞ-ni istəmirik...

saytların hazırlanması

Evə çatdırılma

İran Futbol Federasiyasından FIFA-ya müraciət: ABŞ-ni istəmirik...

İdman

17 Mart 2026 12:25 435


İran Futbol Federasiyası FIFA-ya müraciət edib.

"Yeni Sabah" xəbər verir ki, müraciətdə 2026-cı il Dünya çempionatı qrup mərhələsi oyunlarının ABŞ-dən Meksikaya keçirilməsi xahiş olunub.

İran Futbol Federasiyasının prezidenti Mehdi Təc bildirib: “Tramp açıq şəkildə bildirdi ki, İran milli komandasının təhlükəsizliyini təmin edə bilməz. ABŞ-yə getməyəcəyik. FIFA ilə Dünya çempionatının oyunlarının Meksikada keçirilməsi barədə danışıqlar aparırıq”. pizza

Turnir ilk dəfə üç ölkədə  – ABŞ, Kanada və Meksika (11 iyun-19 iyul tarixlərində) keçiriləcək. İlkin cədvələ əsasən, İran milli komandası bütün 3 oyununu ABŞ ərazisində keçirməlidir.

Daha öncə İranın DÇ-2026-dan imtina etmək istədiyi açıqlanıb. Lakin Asiya Futbol Konfederasiyasının baş katibi Vindzor Con bazar ertəsi bildirib ki, İran hələ də Dünya çempionatında iştirak etməyi planlaşdırır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!