İran gəmisi Xəzərdə niyə batdı? – Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

İran gəmisi Xəzərdə niyə batdı? – Açıqlama

Rəsmi

27 İyul 2019 06:25 1387


İran gəmisinin Xəzərdə batmasının ilkin səbəbi fırtınalı hava şəraiti olub.

“Yeni Sabah” xəbər verir ki, bunu jurnalistlərə açılamasında Dövlət Sərhəd Xidmətinin gözətçi gəmisinin komandiri Nəhməd Quliyev deyib.

Onun sözlərinə görə, gözətçi gəmisi dövlət sərhədinin mühafizəsində olarkən baş komandanın nəzarət mərkəzi tərəfindən gəmiyə İran bayrağı altında üzən “Şəbahəng” quru-yük gəmisinin batma təhlükəsi barədə sos siqnalı daxil olub. Marqarita pizza

“Dərhal hadisə yerinə yollandıq. Fırtınalı hava şəraitinə baxmayaraq, batan gəminin doqquz nəfərdən ibarət olan ekipajı tam heyətlə xilas edildi. Onlar arasında xəsarət alan yoxdur. Gəmi isə bir neçə saat sonra batdı”, – deyə komandir bildirib.

N. Quliyev onu da əlavə edib ki, qəzanın ilkin səbəbi gəmidə ağır yükün varlığı və fırtınalı hava şəraitinin olmasıdır: “Heyətin yeddi nəfəri iranlı, iki nəfəri isə hindistanlıdır”.

Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!