Tanınmış yazıçı İlhamə Nasir Qubadlının işğalının son günlərini, məcburi köçkün həyatının məşəqqətlərini əks etdirən "İşıq" adlı romanını oxuculara təqdim edir.
Yenisabah.az xəbər verir ki, əsərdə bədii obrazlar vasitəsilə yaxın keçmişə işıq tutulur. İşğal altında olan yurdunu görmək üçün Arazı gizli yolla keçən jurnalist İşıq Qubadlıda dəhşətli mənzərə ilə qarşılaşır.
Müəllif bədii dillə erməni vandalizmini, narkotik ticarətini və insanlığa qarşı törədilən vəhşilikləri faktlarla təqdim edir. Dominos pizza
Əsərin qəhrəmanı İşıq, Qubadlıdan geri qayıdarkən İran irticasının qurbanına çevrilir. Gənc qızı İranın ən amansız və qəddar zindanına salırlar.
Müəllif real həyat əhvalatları əsasında İranda azərbaycanlılara olan amansız işgəncələri göstərir. Həmçinin İran həbsxanasında günahsız qadınlara qarşı törədilən dəhşətli cəzaları, iyrənclikləri, psixoloji təzyiqləri bədii təsvir vasitələri ilə tam çatdıra bilir.
Zindan zülmətində zülm görən İşığın ümid işığı da solur.
Zindandan sonrakı məşəqqətli, qınaqla dolu həyatı, yaxın itkisi, satılan saçı, qəbiristanlıq qoğalına möhtac qalması, Allahdan küskünlüyü və sonda közərən işıq...
Beləliklə, son illərin ən cəsarətli romanı, köçkünlük həyatının iztirabları və İran rejiminin əsarətində olan milyonlarla azərbaycanlıların gerçək yaşamını əks etdirən bədii əsər tezliklə oxucuların görüşünə gələəck.
Telegram kanalımız