İran Hörmüz boğazında ticarət gəmilərini raket atəşinə tutub.
"Yeni Sabah" Axios-a istinadla xəbər verir ki, bu barədə ABŞ rəsmiləri məlumat yayıb.
İran ordusu Bazar ertəsi axşamı Hörmüz boğazından keçən ən azı 2 ticarət gəmisinə raket zərbələri endirib. Hücum nəticəsində gəmilərə ciddi ziyan dəysə də, hadisə zamanı ölən və ya yaralanan olmayıb. Pepperoni pizza
Mənbələrin sözlərinə görə, bu hadisə 3 həftə əvvəl imzalanmış və İranın Hörmüz boğazında hücumları dayandırmasını nəzərdə tutan memorandumun pozulması kimi qiymətləndirilir.
ABŞ-nin İrana məxsus hədəflərə cavab zərbələri endirməsi ehtimalı yüksək qiymətləndirilir.
Telegram kanalımız