İran Hörmüz boğazını yenidən bağladı

saytların hazırlanması

Evə çatdırılma

İran Hörmüz boğazını yenidən bağladı

Dünya

18 Aprel 2026 12:51 547


İran Hörmüz boğazını yenidən bağlayıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə məlumatı “Mehr” agentliyi yayıb.

İran Silahlı Qüvvələrinin ən yüksək səviyyəli hərbi-inzibati qurumlarından biri olan “Xatəmül-Ənbiya Mərkəzi Qərargahı”nın sözçüsü Hörmüz boğazı ilə bağlı son açıqlamasında bildirib ki, strateji boğazda tranzit hərəkəti əvvəlki “sərt hərbi nəzarət” rejiminə qaytarılıb. Marqarita pizza

Sözçü ABŞ-ni beynəlxalq sularda blokada və təzyiq siyasəti aparmaqda, eləcə də “piratlıq” etməkdə günahlandırıb. Onun sözlərinə görə, İran bölgədə təhlükəsizliyi təmin etmək məqsədilə boğaz üzərində nəzarəti gücləndirib və bütün keçidlər silahlı qüvvələrin müəyyən etdiyi qaydalara uyğun şəkildə tənzimlənir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!