İran İrəvana yeni səfir təyin etdi

saytların hazırlanması

Evə çatdırılma

İran İrəvana yeni səfir təyin etdi

Rəsmi

30 İyun 2023 10:30 1993


İranın Suriyadakı əvvəlki səfiri Mehdi Sobhani Ermənistana səfir təyin olunub.

Yenisabah.az "Mehr"ə istinadla xəbər verir ki, prezident İbrahim Rəisi bir çox yeni səfirlə bərabər, onu da qəbul edib.

M. Sobhani əvvəllər Xarici İşlər Nazirliyinin Strateji Planlaşdırma və Monitorinq İdarəsinin baş direktoru, Pakistanın Kəraçi  şəhərində baş konsul, XİN-in Qərbi Asiya departamenti baş direktorunun müavini, Türkmənistan və Ukraynada səfir müavini vəzifələrini tutub. Toyuqlu pizza

O, Tehran Universitetində beynəlxalq əlaqələr üzrə doktorluq dərəcəsi alıb və müharibə veteranıdır.

Yeni səfir Abbas Bədəxşan Zohurini əvəz edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!