“İran İslam dəyərlərini murdarlayan dövlətlə dostluq edir“ - Deputat

saytların hazırlanması

Evə çatdırılma

“İran İslam dəyərlərini murdarlayan dövlətlə dostluq edir“ - Deputat

Siyasət

20 İyul 2022 17:51 1560


“İranın Ali dini lideri təbii ki, xüsusi bir şəxsiyyətdir, din alimidir və İran cəmiyyətində sayılıb-seçilən, çox hörmətli bir şəxsdir. Sağ olsun ki, Qarabağın Azərbaycana qayıtmasını müsbət qarşılayır və alqışlayır. Biz ona təşəkkür edirik, ancaq bir məsələ də var ki, Azərbaycanın heç vaxt Ermənistan-İran sərhədlərinin blokadaya alınması, yaxud bu sərhədlərdə hər hansı problem yaratması fikri və məqsədi olmayıb, heç vaxt da olmayacaq".

Bunu Yenisabah.az-a açıqlamasında Milli Məclisi deputatı Elman Məmmədov deyib.

O, İranın Ali dini lideri Ayətullah Xameneinin Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşdə səsləndirdiyi fikirlərə toxunub. Sezar pizza

Xatırladaq ki, Xamenei vurğulayıb: "Dağlıq qarabağın Azərbaycana qaytarılmasından məmnunuq. Təbii ki, İran və Ermənistan arasında sərhədi bağlmaq siyasəti olarsa, İslam respublikası buna qarşı çıxacaq, çünki bu sərhəd min illik kommunikasiya yoludur".

Öz növbəsində, Elman Məmmədov deyib: "Azərbaycan həmişə mövqeyini bəyan edir. Biz hər zaman demişik ki, İran İslam respublikası ilə qonşuyuq, tərəfdaşıq, dost dövlətik və əlaqələrimiz inkişaf edir. Hətta bu yaxınlarda Azərbaycanla İran arasında Azərbaycanın İran ərazisindən keçərək Naxçıvana birləşən yolu ilə bağlı çox ciddi və lazımlı layihə imzalanıb. Bu alqışlanmalıdır.

Azərbaycanın qətiyyən Ermənistan və İran sərhədlərinə xələl gətirmək fikri olmayıb. Sadəcə olaraq müqavilə imzaladıq, məqsədimiz Zəngəzur dəhlizinin açılmasıdır, bu da İran-Ermənistan sərhəddinə heç bir xələl gətirmir.

İran İslamın dəyərlərini qoruyan, yaşadan bir dövlət olsa da, 30 il ərzində İslam dəyərlərini murdarlayan, talan edən bir dövlətlə əməkdaşlıq, dostluq edir. Amma biz buna qarışa bilmərik, bu, onların öz işidir. Biz, Azərbaycan tərəfi olaraq mövqeyimizi bəlli edirik ki, İran İslam Respublikası ilə tərəfdaşıq və onların Ermənistanla onun sərhəddi arasında heç bir problemimiz yoxdur, olmayacaq da". 

Əsmət Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!