İranla sərhəddə Xüsusi Təyinatlı Qüvvələrimiz hərbi təlimlər keçirməsi düşmənə göz dağı verməklə yanaşı, həm də vacib mesajlar ötürür. Hikmət Mirzəyevin şəxsən təlimlərə rəhbərlik etməsi isə daha dərin sualların ortaya çıxmasına zəmin yaradır. Bu təlimlərin İran tərəfindən Azərbaycana qarşı təxribatlarının ola biləcəyi ehtimalına görə keçirildiyini düşünənlər də kifayət qədərdir. Hər halda İslam Respublikasının son zamanlar Azərbaycana qarşı tutduğu mövqe və sərgilədiyi davranış belə düşünməyə əsas verir.
Yenisabah.az xəbər verir ki, hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) təlimləri adətən planlaşdırılmış olur: “Təlimlərin yeri isə müvafiq vəziyyətə uyğun seçilir. İndiki şəraitdə XTQ-nin təlimləri İranın keçirdiyi hərbi təlimlərdə bizə verdiyi mesajlara cavab kimi dəyərləndirilə bilər. Biz bilirik ki, İran keçirdiyi təlimlərdə hərbi hədəf kimi şərti düşməni Azərbaycan olaraq göstərib. Bunu panton körpülərin atılaraq yoxlanılması sübuta yetirir. Ona görə də, XTQ-nin təlimlərini mümkün təhdid və təhlükələrə cavab tədbiri kimi xarakterizə etmək olar. Növbəti mərhələdə cənub sərhədlərimizdə baş verə biləcək mümkün təhlükələri dəf etmək üçün təlim məşqlərinin keçirilməsi mümkündür. XTQ Komandanının bu təlimlərə birbaşa rəhbərlik etməsi isə təbiidir. Çünki Xüsusi Təyinatlı Qüvvələrin hamısı birbaşa Hikmət Mirzəyevə tabedir. Xüsusən də komandirlərin qərarlarına və təlimlərin gedişinə birbaşa nəzarət etməlidir. Həmçinin təlimlərin yekunlarına görə göstərişlərini verməlidir.
Əvvəllər biz bütün təlimlərimizi düşmən olaraq Ermənistan üzərindən planlayaraq keçirirdiksə, indi bu siyahıya İran da əlavə edilib. Çünki İran Ermənistanın yanında olduğunu bəyan etməklə, özünü Azərbaycanın təhlükə gözlədiyi qonşusu kimi göstərdi. Ermənistanın yanındayıq demək, rəsmi İrəvanın törətdiyi təhlükəni təkrarlaya bilərik fikirlərinin təsdiqidir. Ona görə də, bizim bütün güc strukturlarımızın təlimləri iki istiqamətdə aparılmalıdır. Birincisi konkret düşmənimiz olan Ermənistana, ikincisi isə İrana qarşı tədbirlər görülməlidir. Amma bizim ərazilərimizdə keçirilən təlimlər İranın beynəlxalq sərhədləri çərçivəsində hər hansısa bir əməliyyat planladığımız anlamına gəlməməlidir. Əksinə biz İrandan təhlükə gözləyirik. Bunun üçün də XTQ və digər güc strukturlarımızın İranla sərhəd ərazilərimizdə təlimlər keçirməsi normal qəbul olunmalıdır. Çünki onlar bizə təhlükə olacaqlarına dair mesaj ötürüblər”. Pepperoni pizza
Elxan Şıxəliyev bildirib ki, İranın daxilində hazırda bir təlatüm mövcuddur: “Xüsusən də Prezidentin oradakı soydaşlarımıza verdiyi dəstək mesajından sonra artıq Təbrizdəki azərbaycanlılar “Azərbaycanın arxasındayıq” deyə şüarlar səsləndirirlər. Bu isə gələcəkdə orada ikinci Azərbaycan dövlətinin yaradılması prosesini sürətləndirə bilər. Biz soydaşlarımızın yanında olduğumuzu bəyan etdik. Hərbi təlimlər keçirməklə isə bütün ssenarilərə hazır olduğumuzu göstəririk”./Konkret.az
Telegram kanalımız