İranın İnformasiya (Kəşfiyyat) Nazirliyi ("Ettelaat") bir İŞİD-çi terrorçunun şəklini dərc etməklə, əhalini sayıqlığa çağırıb.
Yenisabah.az Fars-a istinadla xəbər verir ki, vətəndaşlardan terrorçu haqqında hər hansı məlumatı varsa, nazirliyə məlumat vermələri xahiş edilib.
"Ettelaat" Kirman terrorunda iştirak etmiş bu şəxsin Tehranın qərbində gizləndiyini bildirib. pizza hut
"Adil Pəncşiri” kimi tanınan “Məhəmməd Adil Arif keçmişdə Kabil Universitetində intiharçı hücumu planlaşdırmaqda ittiham edilərək həbs olunub. O, 1 il Baqram həbsxanasında yatdıqdan sonra azadlığa buraxılıb.
Adil Pəncşiri, Əbdülhakim Tövhidinin (İŞİD terror əməliyyatlarının komandiri) yaxın qohumu kimi tanınır.
Xatırladaq ki, Kirman terrorunun 2 əsas iştirakçısı kamikadze olub.
Telegram kanalımız