İran Laçın dəhlizi ilə Qarabağa yükdaşımaları qadağan etdi -   RƏSMİ AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

İran Laçın dəhlizi ilə Qarabağa yükdaşımaları qadağan etdi - RƏSMİ AÇIQLAMA

Siyasət

20 Oktyabr 2021 16:00 11640


İranın Yol və Nəqliyyat Təşkilatı nəqliyyat şirkətlərinə təlimat göndərərək sürücülərin və İran vətəndaşlarının Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ümumiyyətlə, Laçın dəhlizinə girişini qadağan edib.

Yenisabah.az "Mehr News"a istinadla xəbər verir ki, qurumun Beynəlxalq Tranzir İdarəsinin baş direktoru Məhəmməd Cavad Hedayəti İran Xarici İşlər Nazirliyinin 1 oktyabr tarixli direktivinə istinad edib.

O, beynəlxalq nəqliyyat şirkətlərinin həmkarlar ittifaqlarına təlimat məktubu yazaraq Azərbaycan Respublikasının sözügedən ərazisinə bu ölkənin rəsmi sərhədləri xaricində hər hansı bir girişi bu ölkənin ərazi bütövlüyünün pozulması kimi qiymətləndirib. Dominos pizza

Yol və Nəqliyyat Təşkilatı Ermənistan ərazisi vasitəsilə Azərbaycan Respublikasının Laçın dəhlizindən Dağlıq Qarabağ  bölgəsinə girişlə barəbər, Qarabağ bölgəsi ilə hər hansı ticarət müqaviləsinin imzalanması və mal-əmtəə qaiməsi sənədlərinin verilməsinin də yasaq edildiyini bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    Bu başqa məsələ. Bu addım ÇOXDAN atılmalı idi.
    5 years ago