İran futbol üzrə dünya çempionatında iştirakı ilə bağlı yaxın vaxtlarda yekun qərarı açıqlayacaq.
“Yeni Sabah” Təsnim-ə istinadla xəbər verir ki, bu barədə parlamentinin Mədəniyyət komissiyasının sözçüsü Rastineh danışıb.
Onun sözlərinə görə, məsələ İranın İdman və Gənclər Nazirliyində keçirilən iclasda müzakirə olunub. İclasda nazir Əhməd Donyamali və digər rəsmi iştirak edib. Toyuqlu pizza
Dünya çempionatının əhəmiyyəti və mövcud geosiyasi şərait nəzərə alınaraq məsələ geniş şəkildə dəyərləndirilib. İştirak şərtlərinin müəyyənləşdirilməsi üçün xüsusi işçi qrupun yaradılması qərara alınıb.
Bütün amillər nəzərə alındıqdan sonra İranın turnirdə iştirakı ilə bağlı yekun mövqe yaxın günlərdə açıqlanacaq.
Telegram kanalımız