İran Moskva və Kiyev arasında vasitəçi olmaq istəyir

saytların hazırlanması

Evə çatdırılma

İran Moskva və Kiyev arasında vasitəçi olmaq istəyir

Dünya

17 May 2022 10:39 441


"İran Moskva ilə Kiyev arasında vasitəçilik və münaqişənin həlli istiqamətində səylərini bərpa etmək niyyətindədir".

Yenisabah.az "Fars News"a istinadla İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bildirib.

"Biz Ukrayna ilə Rusiya arasındakı münaqişənin həllinə bacardığımız qədər və hər iki tərəf hazır olduğu qədər töhfə verə biləcəyik. İran İslam Respublikası, inşallah, yeni bir işə başlayacaq. Bu, münaqişənin həlli üçün səylərinin bir hissəsidir", - deyə Xətibzadə qeyd edib. pizza mizza

O, həmçinin vurğulayıb ki, hər iki tərəf İranın vasitəçiliyini ciddi qəbul edir.

Xətibzadənin sözlərinə görə, bu, həm İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyanın səfərləri zamanı, həm də Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə təmaslarında bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!