İran İslam Respublikasının İqtisadi işlər və maliyyə naziri, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Fərhad Dejpəsəndin rəhbərlik etdiyi nümayəndə heyəti martın 14-15-də pizza Azərbaycana səfərə gələcək.
“Yeni Sabah” xəbər verir ki, səfər çərçivəsində Dövlət Komissiyasının 13-cü iclası, biznes forum və dövlət rəsmiləri ilə görüşlər keçiriləcək, Komissiyanın ötən iclasından sonrakı dövrdə görülən işlər, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə ediləcək.
Telegram kanalımız