İran-Pakistan münasibətləri kritik həddə:   Müharibə sərhədlərimizə çatır?

saytların hazırlanması

Evə çatdırılma

İran-Pakistan münasibətləri kritik həddə: Müharibə sərhədlərimizə çatır?

Dünya

18 Yanvar 2024 12:43 901


“İranla Pakistan arasında müharibə ehtimalı çox azdır. Çünki iki ölkəni ənənəvi tərəfdaşlıq bağlayır. Məsələn, İrandakı şah rejimi dövründə bu dövlətlər eyni hərbi blokda təmsil olunublar. Eləcə də, İslam Əməkdaşlıq Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatında birgə fəaliyyət göstərirlər. İran Pakistan ərazisindən Hindistana qədər neft-qaz kəməri çəkməyi planlaşdırır”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Sədrəddin Soltan deyib.

Analitik İranın Pakistan ərazisində yerləşən “Ceyş əl-Ədl” mövqelərinin bombardman etməsindən sonra tərəflər arasında yaranan gərgin siyasi mühitdən söz açıb. Toyuqlu pizza

Xatırladaq ki, ötən gün Pakistan ordusu cavab İranın sərhədyanı Saravan şəhərinə cavab zərbələri endirib.

Məsələyə münasibət bildirən S. Soltan əlavə edib ki, bu iki ölkə arasında iqtisadi ticarət əlaqələri çox genişdir:

“Üstəgəl, hər iki ölkə öz sərhədlərinə nəzarət etmək qüdrətindədir. Onlar arasında müharibə Mərkəzi Asiyada ciddi problemlər yarada bilər. İran hakimiyyəti də istəməz ki, şərq sərhədlərində problem olsun. Çünki İranla Əfqanıstandakı “Taliban” hakimiyyəti arasında da münasibətlər yaxşı deyil.

Rəsmi Tehran Pakistan ərazilərini bombalamaqla özünü antiterror əməliyyatının aparıcısı kimi göstərmək, eləcə də regionda hegemonluğunu nümayiş etdirmək istədi. Bunun nəticəsində də cavabını aldı. Hazırda rəsmi İslamabad sanki diplomatik hərbi cavab verirmiş kimi İran ərazisini bombalayaraq elan etdi ki, onlar da terror mərkəzlərini vururlar”.

S. Soltanın sözlərinə görə, son hadisələrin müharibə olmaq ehtimalı çox azdır:

“Həm də ona görə ki, Pakistan nüvə silahına malikdir, İran isə nüvə silahını hazırlamaqda şübhəli bilinir. Pakistan ABŞ və Qərbin müttəfiqidir, o cümlədən Çinlə tərəfkeşlik edir. Yəni Qərb blokuna aid olan bütün dövlətlərlə Pakistanın yüksək münasibətləri mövcuddur. Üstəgəl, Pakistanın Azərbaycanla münasibətləri strateji müttəfiqlik səviyyəsindədir. Hətta Türkiyə ilə Pakistan arasında hərbi əməkdaşlığa dair müqavilə belə var. Bu anlamda İran hakimiyyəti Pakistanla nisbətdə zəif görünür. Həm hərbi, həm siyasi, həm sosial, həm də iqtisadi baxımdan Tehran İslamabadla qarşıdurma fonunda çətinliklərlə üzləşə bilər. Ona görə də bu hərbi qarşıdurmanın genişlənib dərinləşəcəyinə inanmıram”.

Müsahibimizin fikrincə, tezliklə diplomatların fəaliyyəti başlayacaq:

“Məsələn, səfirlərin geri çağırılması, Pakistanın müvəqqəti baş naziri Ənvarül-Haq Kakarın Davosda görüşlərini dayandırıb ölkəsinə qayıtması Pakistan hökumətinin İrana yönəlmiş yeni xəttini ortaya qoyacaq. Mənə elə gəlir ki, bu məsələdə Çin və Rusiya vasitəçilik edə bilər, hətta vasitəçilər siyahısına Azərbaycanın da adını daxil etmək mümkündür. Ona görə də diplomatik yolla münaqişənin dayandırılması daha məqsədəuyğun olacaq”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!